Naxçıvanda küləkli və yağıntılı hava gözlənilir
Naxçıvan Muxtar Respublikası ərazisində aprelin 18-dən 21-dək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, qeyd olunan günlərdə bəzi ərazilərdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal edilir. Dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.
Küləyin qərb istiqamətindən 5–10 m/s sürətlə əsəcəyi, arabir 18 m/s-dək güclənəcəyi bildirilir.
Havanın temperaturu gecə saatlarında 1–6 dərəcə isti, gündüz isə 15–20 dərəcə isti təşkil edəcək.








