TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib -

TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib - YENİLƏNİB

16 May 2026

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə dörd panel müzakirəsi baş tutub.

Müzakirələrdə 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fikir mübadiləsi aparıblar.