Üzeyir Məmmədov Şıxmahmud kəndində seçicilərlə görüşüb - FOTO
Oktyabrın 30-da 22 saylı Şıxmahmud seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov seçicilərlə görüş keçirdi. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Babək rayonunun Şıxmahmud kəndində mövcud olan problemlər və onların həlli yolları müzakirə olundu, deputat tərəfindən problemlərin həlli istiqamətində lazımi tədbirlərin görüləcəyi vəd edildi. Görüş zamanı beş seçicinin fərdi problemləri dinlənərək qeydə alındı.
Növbəti görüşlərin Babək rayonunun Xəlili, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində keçirilməsi planlaşdırılır.












