Anar Əliyev: Ölkədə 2022-ci ildən bu günə qədər 78 uşaq himayədar ailələrə verilib
Azərbaycanda 2022-ci ildən bu günə qədər 78 uşaq himayədar ailələrə verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, onlardan 34-ü oğlan, 44-ü qızdır:
"Himayədar ailə modeli 2022-ci ildən etibarən uğurla tətbiq olunur. Bu institutun inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq əsasla 650 manat, ildə bir dəfə olmaqla 800 manatlıq müavinət təsis edilib".








