Fövqəladə hallar naziri Naxçıvan Muxtar Respublikasına səfər edib -

Fövqəladə hallar naziri Naxçıvan Muxtar Respublikasına səfər edib - FOTO

30 Aprel 2026

Aprelin 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikasına səfər edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.