Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiqlənib -

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiqlənib - SƏRƏNCAM

08 Aprel 2026

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Kollegiyanın sədri Dövlət Agentliyinin sədri, üzvləri isə onun I müavini və müavinləri, qurumun aparatının rəhbəri, Hüquq, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət, Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma, İstehlak bazarına nəzarət və təbii inhisarlara dövlət nəzarəti şöbələrinin müdirləridir.