Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb

Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb

08 Aprel 2026

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Şose velosipedi üzrə U-23 yığmasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" turnirində iştirak edib.

130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.