AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları ləğv edib

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları ləğv edib

18 May 2026

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə səhmdar cəmiyyətdən bildirilib.

Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır", - məlumatda vurğulanıb.