Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

21 İyun 2026

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

Hər 3 raundu xeyrinə başa vuran Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və Dünya Kubokunda qızıl medala yiyələnib.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkənin 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub.

Boksçularımızdan daha öncə Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.