Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

21 İyun 2026

Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində Məsləhət Şurasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.