Azərbaycan idmançısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycan idmançısı Türkiyədə qızıl medal qazanıb

20 İyul 2025

Türkiyənin Edirnə şəhərində 8-ci uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışda Azərbaycan idmançısı Şamil Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz iki türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.