
Naxçıvanda 2025-ci ilin 6 ayında dövlət əmlakından səmərəli istifadə olunub
Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar 358,7 min manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 221,4 min manat və ya 2,6 dəfə çox olub. Ötən dövr ərzində dövlət əmlakının səmərəli idarə edilməsi nəticəsində 122 yeni icarə müqaviləsi bağlanıb, 107 icarə müqaviləsinin müddəti uzadılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu iqtisadiyyat naziri Kazım Hüseynəliyev jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, 2025-ci ilin 6 ayı ərzində 55 dövlət əmlakı özəlləşdirilib.
Özəlləşdirmədən 881,6 min manat vəsait daxil olub. Ümumilikdə, cari ilin 6 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən 1 milyon 240 min manat vəsait əldə edilib.
Nazir əlavə edib ki, 2025-ci ilin 6 ayı ərzində elektron xidmətlərdən daxil olan müraciətlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisdə 7,3 faiz artaraq 3135-ə çatıb. Həmin dövrdə 24 hərrac keçirilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz çoxdur. Eyni zamanda, cari ilin 6 ayı ərzində 4967 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdu