Azərbaycan Ordusunda xidmət edən qadınların sayı açıqlanıb

Azərbaycan Ordusunda xidmət edən qadınların sayı açıqlanıb

19 May 2026

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərin sayı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda qeyd olunub.

Məlumata görə, orduda 329 nəfər zabit və gizir, 1602 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan qadın xidmət edir. Silahlı Qüvvələrdə çalışan qadın mülki işçilərin sayı isə 10 min 218 nəfərdir.