Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib -

Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib - FOTO

02 İyun 2025

Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Dövlət Himninin səsləndirilməsiylə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və hesabat dövründə vəfat edən Azərbaycan şahmat ailəsi üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Gənclər və idman naziri Fərid Qayıbov AŞF-nin son illər ərzində gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycan şahmatçılarının beynəlxalq arenada əldə etdiyi uğurlardan bəhs edib.

Konfransda, həmçinin Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyası arasında geniş əlaqələrin olduğu diqqətə çatdırılıb.

AŞF-nin prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib. Sonra federasiyanın ötən il ərzində fəaliyyəti ilə bağlı qısa video nümayiş olunub.

Sonra federasiyanın üzvlüyünə qəbulla bağlı ərizə ilə müraciət edəb şəxslərin siyahısı açıqlanıb və iştirakçılar tərəfindən təsdiqlənib.

Səlahiyyət nüddəti başa çatdığına görə AŞF-nin İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səsvermədən sonra Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsinə üzv seçilib.

AŞF-nin hazırkı prezidenti Mahir Məmmədovun növbəti 4 il müddətinə prezident postuna namizədliyi irəli sürülüb. Açıq səsvermədən sonra M. Məmmədov yekdilliklə növbəti müddət üçün AŞF-nin prezidenti seçilib. Faiq Həsənov birinci vitse-prezident, Bəxtiyar Məmmədovla Yaqub Hüseynov vitse-prezident vəzifəsinə təsdiqlənib.

AŞF-nin nizamnaməsinə dəyişikliklər və İntizam Komissiyasının əsasnaməsi müzakirə edilərək təsdiq olunub.

Federasiyanın büdcəsi müzakirə edilərək qəbul edilib. AŞF-nin Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Qadın və Sosial məsələlər üzrə Komissiyaların 2024-cü il üzrə hesabatları və yeni təklifləri müzakirə olunub.

Bununla da Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransı işini yekunlaşdırıb.