Namiq Babayev növbəti dəfə ölkə birinciliyinin qalibi olub -

Namiq Babayev növbəti dəfə ölkə birinciliyinin qalibi olub - FOTO

02 İyun 2025

Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə yay birinciliyi keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını Ordubad rayon komandasından məşqçi Əmrah Nağıyev, 3 qız və 1 oğlan atlet təmsil edib. İdmançılardan yalnız Namiq mükafatçılar sırasına düşə bilib.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, təmsilçimiz əvvəlcə 1500 metr məsafəyə qaçış yarışında mübarizə aparıb və gümüş medalçı olub. 3000 metr məsafədə isə 9 dəqiqə 50.69 saniyəlik göstərici ilə finişə hər kəsdən öndə çatan Namiq Babayev qızıl medala sahib çıxıb.