Azərbaycan üzərindən keçən hava dəhlizi Avropa ilə Asiya arasında əsas marşruta çevrilib

Azərbaycan üzərindən keçən hava dəhlizi Avropa ilə Asiya arasında əsas marşruta çevrilib

06 Mart 2026

Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan və Türkiyə üzərindən keçən hava dəhlizi Avropa ilə Asiyanı birləşdirən əsas marşruta çevrilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Flightradar24" uçuşların izlənməsi xidməti səhifəsində bildirilib.

Xidmətin məlumatlarına görə, İran və İraqın hava məkanının bağlanması səbəbindən aviareyslərin əhəmiyyətli hissəsi alternativ marşrutlara yönləndirilib.

"İran və İraqın hava məkanı bağlı olduğu üçün Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan üzərindən keçən bu dar dəhliz Avropanı Asiya ilə birləşdirən əsas arteriyaya çevrilib", - məlumatda qeyd olunub.