Ramazanın 17-ci gününün duası -

Ramazanın 17-ci gününün duası - imsak və iftar vaxtı

06 Mart 2026

Sabah Ramazan ayının on yeddinci günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 7-də  imsak vaxtı saat 05:58-də, iftar vaxtı isə saat 19:11-dədir.

Ramazan ayının 17-ci gününün duası:

“İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq