Azərbaycanda 11 min nəfərə proaktiv pensiya verildi
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11 345 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Məlumata əsasən, onların 60,2 %-ni kişilər, 39,8 %-ni isə qadınlar təşkil edib.








