Naxçıvanda ər-arvad müəllimlər sertifikasiyada yüksək nəticə göstərdi

Naxçıvanda ər-arvad müəllimlər sertifikasiyada yüksək nəticə göstərdi

03 May 2026

Naxçıvanda eyni məktəbdə çalışan ər-arvad müəllimlər sertifikasiyada yüksək nəticə əldə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimləri, həyat yoldaşları Tusi Həsənli və Pərvin Həsənli sertifikatlaşdırma prosesində yüksək nəticə ilə fərqləniblər.

Belə ki, Tusi Həsənli 59, Pərvin Həsənli isə 57 bal toplayaraq peşəkarlıqlarını bir daha sübut ediblər.

Hər iki müəllimi təbrik edir, gələcək pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq.