Azərbaycanda bələdiyyə büdcələrinin gəlirləri artıb
Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 3,3 milyon manata (5,2 %) yaxın artaraq 65,6 milyon manatı keçib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 7,2 milyon manat (26,5 %) çox olub.
Ümumi yerli büdcə gəlirlərinin 35,3 %-ni təşkil etmiş Bakı bələdiyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16,4 % artaraq 23 milyon manatı ötüb.
Qeyd edək ki, ötən il bələdiyyələrə dövlət büdcəsindən 7,5 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.








