Azərbaycanda bəzi plastik əməliyyatlar sığorta ilə olacaq

Azərbaycanda bəzi plastik əməliyyatlar sığorta ilə olacaq

01 Aprel 2026

Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında bəzi əməliyyatlar icbari tibbi sığorta hesabına ediləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərin sualını cavablandıran Klinikanın Baş həkimi Dilqəm Məmmədov deyib.

O qeyd edib ki, Klinika dövlət müəssisəsi olduğuna görə, burada həm icbari-tibbi sığorta hesabına, həm də ödənişli əsaslarla tibbi xidmətlər göstəriləcək:

"Estetik əməliyyatlar bütün dünyada olduğu kimi pasiyentin öz hesabına olacaq".