Azərbaycanda I rübdə büdcə xərclərinin 4 milyard manatdan çoxu sosialyönümlü olub
Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsi xərclərinin 5 milyard 762,5 milyon manatı və yaxud 73,7 %-i cari, 1 milyard 530,4 milyon manatı və yaxud 19,6 %-i əsaslı, 524,2 milyon manatı və yaxud 6,7 %-i dövlət borcuna xidmətlə bağlı xərclər olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında büdcə xərclərinin 54,1 %-ni və yaxud 4 milyard 227,8 milyon manatını sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) təşkil edib.








