Latviya Prezidentinin Azərbaycana səfəri ilə bağlı İlham Əliyevin paylaşımı

Latviya Prezidentinin Azərbaycana səfəri ilə bağlı İlham Əliyevin paylaşımı

22 Aprel 2026

Prezidenti İlham Əliyev bildirib ki, Latviya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq", - deyə paylaşımda vurğulanıb.

https://x.com/presidentaz/status/2046976133619663111