Azərbaycanda Məhərrəm ayı başlayıb
Bu gündən - iyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Qeyd edək ki, 2026-cı ildə Məhərrəm ayı avqustun 13-də başa çatacaq.








