DSMF 5 ayda 4,3 milyard manat sosial ödəniş həyata keçirib

DSMF 5 ayda 4,3 milyard manat sosial ödəniş həyata keçirib

15 İyun 2026

Bu ilin yanvar-may aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4,3 milyard manatdan çox vəsait ödənilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 422 milyon manat və yaxud 10,7 % çoxdur.