Bu il doğulan uşaq sayı azalıb

Bu il doğulan uşaq sayı azalıb

23 May 2026

Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20362 doğulan körpə qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşüb.

Doğulan körpələrin 53,8 faizi oğlan uşaqları, 46,2 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 698-i əkiz, 27-si isə üçəmdir.