Bu ilin birinci rübündə 1300-ə yaxın əcnəbi Azərbaycanda daimi yaşamaq üçün müraciət edib
Azərbaycanda bu ilin yanvar-mart aylarında 1279 əcnəbi Azərbaycan ərazisində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müvafiq dövr ərzində daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edən əcnəbilər arasında Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları üstünlük təşkil edib.








