Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib -

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib - FOTO

24 Aprel 2026

Aprelin 24-də Ulu öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də könüllülərin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 800-dən çox zeytun və Eldar şamı ağacları əkilib.

Kampaniyadan sonra prokurorluğun veteranları ilə görüş keçirilərək onlarla səmimi söhbətlər edilib.