Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb -

Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb - YENİLƏNİB

11 İyun 2026

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib.

"NAXÇIVANXƏBƏLƏRİ"-nin məlumatına görə, hadisə nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu həkimlərin səylərinə baxmayaraq ölüb.

Qeyd edək ki, yanğın zamanı 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı da xəsarət alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Xatırladaq ki, yanğın Culfa şəhərində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Faktla bağlı araşdırma aparılır.