Deputat Xumar Məmmədova Avropa Şurasının komitə iclasında iştirak edib - FOTO
Ali Məclisin deputatı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin komitə iclasında iştirak edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iyunun 9-da Finlandiyanın Kouvola şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Sosial İnklüzivlik və İnsan Ləyaqəti Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova da iştirak edib.
İclasın gündəliyinin əsas məsələlərindən biri “Avropada regional miqrasiya axını: səbəblərin aradan qaldırılması və kənd icmaları üçün yeni imkanların yaradılması” mövzusunda hesabatın yekdilliklə qəbul edilməsi olub. Hesabat 2026-cı ilin oktyabr ayında keçiriləcək Konqresin 51-ci sessiyasında daha geniş müzakirə olunacaq.










