Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malikdirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malikdirmi?
Cavab: Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri həyata keçirirlər;)bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








