Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

15 İyun 2026

Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onun şəhid olmasından 34 il ötür.

Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı düşmənin açdığı atəş nəticəsində aldığı mərmi qəlpəsindən həlak olub və sonadək kameranı söndürməyib.

1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Kapustin-Yar qəsəbəsində anadan olan Çingiz Mustafayev Azərbaycan tamaşaçısına cəbhə reportajları ilə tanınıb. Dünya isə onu daha çox Xocalı soyqırımı ilə bağlı çəkdiyi sənədli kadrlarla tanıyır. Bu görüntülər Ermənistanın cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

O, cəbhəyə yalnız reportyor kimi deyil, əsgər və zabit kimi də xidmət göstərib, döyüş bölgəsində böyük fədakarlıq nümayiş etdirib. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.