DSMF 6 ayda sosial müavinətlərə xərclənən vəsaiti açıqladı

DSMF 6 ayda sosial müavinətlərə xərclənən vəsaiti açıqladı

02 Avqust 2026

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 84,8 milyon manat vəsait ödənilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon manat və yaxud 5,8 % çoxdur.