Rafail Quliyev Kəngərlidə vətəndaşları qəbul edəcək
Avqustun 4-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə keçiriləcək qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Qəbula yazılmaq üçün (036) 545-02-47 və (050) 770-85-85 nömrələri ilə əlaqə saxlamaq mümkündür.








