"EFES - 2026” təliminə hazırlıq prosesi davam edir - VİDEO
Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.
İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir.








