Əli Orucov Naxçıvanın yeni qazısı seçilib

Əli Orucov Naxçıvanın yeni qazısı seçilib

27 Fevral 2025

QMİ Qazılar Şurasının toplantısı keçirilib

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir.

Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlayıb.

Toplantıda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılarının namizədliyini təqdim edib.

Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlu səsverməyə çıxarılaraq qazı vəzifəsinə seçiliblər.

Daha sonra iclas yenilənmiş tərkibdə işini davam etdirib.