Azərbaycanda beşdən çox uşağı olan 3 minə yaxın qadın sosial müavinət alır

Azərbaycanda beşdən çox uşağı olan 3 minə yaxın qadın sosial müavinət alır

08 İyul 2025

Azərbaycanda hazırda beşdən çox uşağı olan qadın kimi sosial müavinət alan qadınların sayı 2 849 nəfər təşkil edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumat üçün bildirək ki, həmin şəxslər uşağın 18 yaşı tamam olan ayın sonunadək hər uşağa görə 140 manat müavinət alır.

Qeyd edək ki, bu müavinət Azərbaycan vətəndaşları, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə şamil olunur.