Əmək müqaviləsinə xitam verilərkən işçilərə rəsmi xəbərdarlıq edilməlidirmi? -

Əmək müqaviləsinə xitam verilərkən işçilərə rəsmi xəbərdarlıq edilməlidirmi? - HÜQUQ MƏSLƏHƏTİ

22 May 2025

Sual: Əmək müqaviləsinə xitam verilərkən işçilərə rəsmi xəbərdarlıq edilməlidirmi?

Cavab: Bəli, Əmək Məcəlləsinin 77 –ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən- İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov