Zərər çəkmiş şəxsin vəzifələri nələrdir? -

Zərər çəkmiş şəxsin vəzifələri nələrdir? - HÜQUQ MƏSLƏHƏTİ

13 May 2026

Sual: Zərər çəkmiş şəxs Cinayət-Prosessual Məcəlləyə əsasən hansı vəzifələri yerinə yetirməlidir?

Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən zərər çəkmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1. Cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

2. Tələb olunduqda ifadə vermək;

3. Müqayisəli tədqiqat üçün tələb edilən əşya, sənəd və nümunələri təqdim etmək;

4. Cinayət işi üzrə tələb olunduqda müayinədən keçmək;

5. Hadisəni düzgün dərk etmə qabiliyyəti ilə bağlı şübhə yarandıqda ambulator ekspertizadan keçmək;

6. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə sədrlik edənin göstərişlərinə əməl etmək;

7. Məhkəmə iclasında icazə olmadan zalı tərk etməmək;

8. Məhkəmə iclasında qaydalara riayət etmək;

9. Şəxsi həyat, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirləri yaymamaq;

10. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Qanunvericiliyə əsasən, zərər çəkmiş şəxs öz hüquqlarından şəxsən və ya nümayəndəsi vasitəsilə istifadə edə bilər. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquqları isə onların qanuni nümayəndələri tərəfindən həyata keçirilir.

Sualı cavablandırdı:  Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov