Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan Muxtar Respublikasına səfər edib
Noyabrın 27-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.









