Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin yubiley medalı təsis ediləcək

28 Aprel 2025

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Gündəliyə əsasən, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirə olunacaq.