Naxçıvanlı fotoqrafların fotoları xüsusi fotoalbomda yer alıb - FOTO
Azərbaycan Fotoqrafları Birliyinin yeni layihəsi olan “Land of Fire Through the Lens” adlı fotoalbom çapdan çıxıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nəşrdə Azərbaycanın gözəlliklərini əks etdirən 47 fotoqrafın əsərləri yer alıb.
Albomda Naxçıvanda çap olunan “Şərq qapısı” qəzetinin fotoqrafları – Əsəd Səfərov və Əli Xudiyevin çəkdiyi fotolar da təqdim olunub. Bu fotolarda Naxçıvanın təbiəti ustalıqla əks etdirilib.
Xüsusi qeyd olunmalıdır ki, kitabın üz qabığında yer alan foto Ordubad ərazisindəki Göygöldə lentə alınıb.
Əhməd Əhmədov