Hikmət Hacıyev  Elçin Qasımov ilə görüşüb

Hikmət Hacıyev Elçin Qasımov ilə görüşüb

23 Aprel 2026

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasında münasibətləri müzakirə ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə slovakiyalı səfir görüşün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", - o yazıb.

https://x.com/GasymovElcin/status/2047338299182977076/photo/1