İsrail ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib

İsrail ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib

06 Mart 2026

İsrail Müdafiə Ordusu Tehranda fevralın 28-də öldürülmüş İranın ali lideri Ayətullah Əli Xameneinin yeraltı hərbi bunkerinin məhv edildiyini elan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.

"Bir qədər əvvəl İsrail ordusunun dəqiq kəşfiyyatı ilə idarə olunan təxminən 50 qırıcımız Tehranda Əli Xameneinin bunkerinə zərbə endirib", - bəyanatda vurğulanıb.