MEDİA jurnalistlərə çağırış etdi

MEDİA jurnalistlərə çağırış etdi

04 Mart 2026

Medianın İnkişafı Agentliyi (MEDİA) regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə agentlikdən məlumat verilib.

Bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.

İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlmişdir. Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq.