Son iki saatda daha 21 nəfərin İrandan Azərbaycana təxliyəsi baş tutub
İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 5-ı Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.
Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər İrandan Azərbaycana 1182 nəfər təxliyə olunub.








