Miras nə zaman açılır, qanun və vəsiyyət üzrə kimlər vərəsəliyə çağırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Mülki qanunvericiliyə əsasən fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən onun ölmüş elan edilməsi ilə miras açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Miras açıldıqda müəyyən dairə şəxslər vərəsəliyə çağırılır. Həmin şəxslərin əhatə dairəsi ya miras qoyanın vəsiyyətnaməsinə uyğun olaraq, ya da qanun üzrə vərəsəlik qaydalarına əsasən müəyyən edilir. Qanun üzrə vərəsə sayılan şəxslər və onların vərəsəliyə çağırılması növbəlik üzrə müəyyən edilir. Qeyd edək ki, qanunvericilik vərəsəliyin beş növbəliliyini müəyyən etmişdir. Vərəsələrin növbə ardıcıllığı ilk olaraq, onların miras qoyanla mənşəcə yaxınlığına (qohumluğuna) əsaslanır:
Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır








