“Naxçıvan-Ordubad” magistral avtomobil yolunda asfaltlanma işləri aparılır - FOTO
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən “Naxçıvan-Ordubad” magistral avtomobil yolunda aparılan cari təmir işləri mərhələli şəkildə davam etdirilir.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, icra olunan tədbirlər çərçivəsində əvvəlcədən deformasiyaya uğramış hissələrdə köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılıb, hazırda isə yolun müəyyən hissələrinə yeni asfalt örtüyünün verilməsi işləri həyata keçirilir.
Təmir-bərpa işlərinin əsas məqsədi hərəkətin rahatlığını və təhlükəsizliyini daha da artırmaq, yolun istismar vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.











