Naxçıvanda uşaqlar üçün festival təşkil ediləcək
Naxçıvan şəhərində “Uşaqların rəngli dünyası-2026” festivalı keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası-2026” festivalı keçiriləcək.
Festival iyun ayının 1-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkınds baş tutacaq. Tədbirin açılış mərasimi saat 18:00-da keçiriləcək və gün sonunadək davam edəcək.
Festival çərçivəsində uşaqlar üçün musiqili çıxışlar, rəqs nömrələri, interaktiv oyunlar, yaradıcılıq və əyləncə zonaları, müxtəlif təqdimatlar və sürpriz proqramlar təşkil ediləcək.
Bildirilib ki, festivalın ilk bir saatında attraksionlardan istifadə ödənişsiz olacaq.
https://www.instagram.com/naxcivanxeberleri.az/reel/DY399bUoiZR/








