Muxtar respublikanın ixracı 38,5 faiz artıb
2026-cı ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 33,4 milyon ABŞ dolları təşkil edib ki, buda ötən ilin eyni dövrünə nisbətən 21,9 faiz çoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, xarici ticarət dövriyyəsinin 3,6 milyon ABŞ dolları ixracın, 29,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 38,5 faiz, idxal isə 20,2 faiz artıb.
İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, travertin, alçıpan, məsaməli beton, elektrik enerjisi, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, meyvə şirələri, buğda kəpəyi, salfetka və mineral sular yer alıb.
Həmin məhsullar Amerika Birləşmiş Ştatları, Qırğızıstan, Gürcüstan, Türkiyə, İran, İsrail, Yəmən, Suriya, İraq və Ukraynaya ixrac olunub.








